Baku Design Festival və Mishar Woodwork birgə dizayn müsabiqəsi elan edir. Təqdim olunan forma üzərində ən yaradıcı dizayn və ya illüstrasiya işinin müəllifi həmin təsvir həkk olunmuş unikal noutbuk altlığını qazanacaq.
Bir nəfər yalnız bir iş göndərə bilər. Qalib yalnız bir nəfər seçiləcək.
Noutbuk altlığının şablon ölçüsünü yükləməyi unutmayın. Format: JPG, PNG, PDF və ya TIFF – 300dpi. Müsabiqənin tarixi: 09.09.2022 – 20.09.22.
Noutbuk altlığının şablon ölçüsü – https://bit.ly/3Ba6l3I
Təsvirlər bakudesignfestival@gmail.com e-mailinə qəbul edilir. “Öz dizaynın, öz noutbuk altlığın” başlığı ilə e-mail yazarkən ad, soyad və mobil nömrə qeyd etməyi unutmayın.
Ən yaxşı təsvir nümunələri festival zamanı sərgilənəcək.
Mishar Woodwork – Co-Founder & Creative Director
Qrafik Dizayner
Qraffiti rəssamı və İllüstrator