Baku Design Festival və Yelo Bank-ın təşkil etdiyi poster müsabiqəsini qarşılayın: «Sarının gücü».
Dedlayn – 20 sentyabr, 2022-ci il.
Sarı rəngin gücü Günəş ilə əlaqələndirilir – işığın və istiliyin mənbəyi kimi. Buna görə sarı rəng yüksəliş, həyat enerjisi ilə xarakterizə olunur. Bu rəng işgüzar aktivlik, əyləncə, sevinc və maliyyə uğurunun rəngidir.
Bütün bu dəyərlərə bir də Yelo Bank-ın Yelo Light kartı qoşulsa, necə olar? Sarı rəngin gücü ilə Yelo kartının həyatımızı necə daha parlaq etdiyini əks etdirən ən kreativ poster nümunəsi mükafat sahibi olacaq:
1-ci yer Yelo Premium Kart və 400 AZN;
2-ci yer Yelo Premium Kart və 200 AZN;
3-cü yer festivaldan xüsusi hədiyyələr.
Posterlər istənilən texnikada hazırlana bilər. Ölçü: A3 Format: JPG, PNG, PDF və ya TIFF – 300dpi. Müsabiqənin tarixi: 09.09.2022 – 20.09.22.
Yelo Light kartını bu linkdən yükləyə bilərsiniz – https://bit.ly/3RwqlEB
Poster işləri bakudesignfestival@gmail.com e-mailinə qəbul edilir. “Sarının gücü” başlığı ilə e-mail yazarkən ad, soyad və mobil nömrə qeyd etməyi unutmayın.
Ən yaxşı poster nümunələri festival zamanı sərgilənəcək.
Qrafik Dizayner
Yelo Bank ASC – Marketinq Direktoru
Sənətşünas, Əməkdar incəsənət xadimi
Qrafik Dizayner